Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Yanvar 2014

ABŞ-da minlərlə uçuş təxirə salındı

ABŞ-ın bəzi ştatlarında son 20 il ərzində ən aşağı temperatur gözlənilir.

RİA "Novosti”-nin verdiyi məlumata görə, qeyri-sabit hava ilə əlaqədar artıq minlərlə təyyarə reysi təxirə salınıb.

ABŞ-ın Milli Meteorologiya Xidməti ölkənin Mərkəzi və Şərq ərazilərində mənfi temperatur rekordunun qeydə alınacağını proqnozlaşdırır.

Xüsusən, Orta Qərb və Ohayo ştatında gündəlik maksimal temperaturun 18 dərəcə şaxta, ayrı-ayrı dağlıq ərazilərdə 30-45 şaxta olacağı gözlənilir.

Ötən gün ABŞ-da 3 000-ə yaxın, son dörd gün ərzində isə 9 000 uçuş təxirə salınıb.

Qeyri-sabit havanın ən azı yanvarın 8-nə qədər davam edəcəyi gözlənilir./apa/
1567 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 18:39