Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Yanvar 2014

Elşad Abdullayev Azərbaycana dəvət olundu

Elşad Abdullayev Azərbaycana dəvət olundu "GƏL CAVAB VER"

Hazırda həbsdə olan sabiq deputat Gülər Əhmədovanın vəkili Əfsər Talıbov “Yeni Müsavat”a yeni müraciət yollayıb.
Sözügedən müraciət ABU-nun sabiq rektoru Elşad Abdullayevin 2014-cü ilin ilk günündə musavat.com saytında, habelə qəzetimizin 6 yanvar tarixli sayında dərc edilmiş müraciətinə cavab xarakteri daşıyır.

Ə.Talıbov cavab məktubunda daha öncə E.Abdullayevə etdiyi “bəsdir sms-sms oyunu oynadın və KİV-lərə ötürdüyün şər və böhtan xarakterli məlumatlar kifayətdir” çağırışını yada salıb və əlavə edib: “Yenə də sənə səslənirəm. Buyur Azərbaycana gəl və bütün bu ittihamlara cavab ver. Əsası olmayan müsahibələrinlə ictimaiyyəti aldatma”.
Vəkilin bildirdiyinə görə, artıq ölkə ictimaiyyətində E.Abdullayev haqqında kifayət qədər mənfi rəy formalaşıb. Ə.Talıbov deyib ki, sabiq rektorun yalanlarını dəstəkləyən bir ovuc adam qalıb: “Onların da bir qismi Gülər Əhmədovaya seçkilərdə uduzan, bir qismi isə hələ də Əvəz Zeynallının tutulmasında Gülər Əhmədovanı günahkar bilən şəxslərdir. Aydındır ki, bu adamlar bir qadının pis günündə sadəcə öz qisasını almaq barədə düşünənlərdir. Sən isə böhtan dolu müraciətlərinlə iç üzünü cəmiyyətə tanıtdın. 2012-ci ilin sentyabrında gizli yolla çəkib yayımladığın videogörüntülərdən dərhal sonra Gülər Əhmədova Azərbaycan dövlətçiliyinin qorunması, parlamentin legitimliyinin şübhə altına alınmaması üçün demokratik addım ataraq deputat mandatından imtina etdi”.
Ə.Talıbov xatırladıb ki, G.Əhmədova KİV-lərə verdiyi ilk müsahibəsində E.Abdullayevə müraciət edərək “mən deputat mandatından imtina etdim, adi siravi vətandaşam. Mənimlə bağlı hər hansı bir şikayətin varsa, buyur gəl, onu hüquqi müstəvidə həll edək” deyib: “Bu, Gülər Əhmədovanın kişiyə xas olan hərəkətidir. Sən isə əksinə olaraq nə Azərbaycana gəldin , nə də ki, Gülər Əhmədovanın bu demokratik addımını dəyərləndirdin. Şər və böhtan dolu müraciətlərində Azərbaycan dövlətinə, dövlət məmurlarının ünvanına qara yaxmaqla məşğul oldun. Məlum videogörüntü yayımlandıqdan dərhal sonra isə Azərbaycan Respublikasının baş prokroru Zakir Qaralov bildirdi ki, Gülər Əhmədova özü istintaqın obyektiv aparılması üçün deputat toxunulmazlığı hüququndan imtina edib. Zakir Qaralov dedi ki, Gülər Əhmədova ilə bağlı videomaterial yayan Elşad Abdullayev Azərbaycana gəlməlidir. İlk növbədə Elşad Abdullayevlə Gülər Əhmədova üzləşdirilməli, cinayət işi ilə bağlı Elşad Abdullayevə müxtəlif suallar ünvanlanmalıdır. Bu suallardan biri budur ki, Elşad Abdullayev hansı səbəbə görə bu görüntüləri 7 il saxlayıb, yalnız Azərbaycanı tərk edəndən sonra ictimaiyyətə açıqlayıb. Əgər o, korrupsiyaya qarşı mübarizə aparan şəxsdirsə, deputatlığa namizədliyini verdiyi dövrdə ona qarşı olan əməlləri istintaq orqanına bildirməli idi. Belə bir müraciət isə olmayıb”.

Vəkil həmçinin bildirib ki, Bakı Şəhər Prokrorluğunun istintaq idarəsi tərəfindən E.Abdullayevə neytral bir ölkədə görüşərək ifadə vermək təklif edilsə də, bundan da imtina edib.

Ə.Talıbov xatırladıb ki, istintaq və məhkəmə zamanı G.Əhmədova E.Abdullayevin ifadəsinin alınmasını və onunla üzləşdirilmə aparılmasını şifahi və yazılı şəkildə tələb edib: “Məlum cinayət işinin istintaqını aparan Bakı Şəhər Prokurorluğunun istintaq idarəsinə 19 iyun 2013-cü il tarixdə tərəfimdən iş üzrə sənin dindirilmən barədə vəsatət verilmiş və 27 iyun 2013-cü il tarixdə prokrorluq tərəfindən vəsatət təmin edilsə də, istintaqdan yayınmaq səbəbindən bu da mümkün olmayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimlər kollegiyası da Gülər Əhmədovanın haqlı tələbini nəzərə alaraq səni məhkəməyə dəvət etdilər ki, gəlib məhkəmədə ifadə verəsən və Gülər Əhmədova ilə üzləşəsən. Sən isə əksinə olaraq KİV-lərdə hakim Əlisultan Osmanovu təhdid edərək onu da ”mütəşəkkil cinayətkar dəstənin üzvü" adlandırdın".

Ə.Talıbov “Yeni Müsavat” vasitəsilə başda E.Abdullayev olmaqla, bir çox adamlara müraciət edib: “Elşad Abdullayev mən səni, o cümlədən hüquq müdafiəçilərini, müstəqil ekspertləri və KİV nümayəndələrini apelyasiya məhkəməsinə dəvət edirəm. Nəzərinə çatdırmaq istəyirəm ki, sənin KİV-lərə ünvanladığın cəfəngiyyat dolu müraciətlərinin heç biri cinayət işinə əlavə edilə bilməz. Sadəcə olaraq, sən müraciətlərinlə ictimaiyyəti çaşdırmaq məqsədi güdürsən. Buyur, gəl apelyasiya məhkəməsinə ifadə ver, Gülər Əhmədova ilə üzləş”.

Vəkil həmçinin Azərbaycanın hüquq-mühafizə orqanlarından xahiş edib ki, E.Abdullayevin himayədarlarının səy və təzyiqinə baxmayaraq, o Azərbaycana ekstradisiya edilsin və Gülər Əhmədovanın apelyasiya məhkəməsində iştirak etsin: “Əks təqdirdə, məlum cinayət işinə xitam verilməli və Gülər Əhmədova haqqında bəraət qərarı çıxarılmalıdır. Elşad Abdullayev, mən bir daha səndən tələb edirəm. Gülər Əhmədova ilə bağlı şər və böhtan xarakterli müraciətlərinə son ver. Elşad Abdullayev, sən o qədər çaşmısan ki, öz yalanlarının içində itib batmısan. Ümumiyyətlə, sənin müraciətlərinin nə məzmunu, nə də məntiqi ardıcıllığı yoxdur. Sən gah Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əlisultan Osmanova məktub göndərib onu mütəşəkkil cinayətkar dəstəsinin üzvü adlandırırsan, gah da hakimlərə yaltaqlanaraq ”onlar sadəlövh deyillər" deyə tərif edirsən. Gah Respublika Prokrorluğunu Ukraynada sənə cinayət işi açdırmaqda günahlandırırsan, gah da prokurorluğa ümid etdiyini yazırsan. Gah dövlət başçısını Haaqa Məhkəməsinə verəcəyin haqda bəyanət verirsən, gah da qardaşının tapılması üçün xahiş edirsən. Bu hansı əxlaqı-mənəvi dəyərlərə əsaslanır, hansı sağlam düşüncə tərzidir, hansı siyasi və ya ictimai vətəndaş mövqeyidir? Bu qədər maska dəyişmək, zavallı, hüquqları pozulmuş elm adamı cildinə girmək, gah da siyasi ambisiyaları olan Azərbaycan iqtidarına meydan oxumağa cəhd edən “mübariz hüquqşünas” roluna girməklə nələri qazanacaqsan? Bəlkə bir az sakitləşib, soyuq ağılla düşünəsən? Sən Azərbaycanda çörək kəsdiyin, qardaş dediyin neçə adama, onların ailəsinə bədbəxtlik gətirdin? Neçə günahsız ailə başçısını şantaj edib bədbəxt, əlil, xəstə etdin? Səncə, bunun hesabını insanlara, qanuna, hüquqa verməsən də, Allaha verməyəcəksənmi?"
1566 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı