Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Yanvar 2014

Türkiyənin imici ciddi şəkildə zədələnir

Daxili siyasətlə bağlı bir sıra mülahizələr Türkiyənin imicini ciddi şəkildə zədələyir.

SalamNews-un “Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, bunu Türkiyə Böyük Millət Məclisi sədri Cəmil Çiçək bildirib.

O deyib: "Türkiyə ictimaiyyətinin diqqətinə çatdırmaq istəyirəm ki, ölkədəki təşkilatlar arasındakı qarşıdurma, siyasətdəki gərginlik, bəzi siyasətçilərin açıqlamaları yalnız Ankarada, İstanbulda, Vanda, Muğlada narahatlıq yaratmır. İndi dünya qloballaşıb və Türkiyədə bunun mərkəzində yer alan bir ölkədir. Hər açıqlama, hər hadisə Türkiyənin imicini zədələyir. Xüsusilə daxili siyasətlə bağlı mülahizələr Türkiyənin imicini ciddi şəkildə zədələyir.”
1537 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber