Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Noyabr 2012

Urmiya gölü əvvəlki vəziyyətinə qayıdacaq!

Jurnalist İdrak Abbasov ARDNŞ prezidenti Rövnəq Abdullayevi məhkəməyə verəcək
İranın energetika nazirinin proqramlaşdırma və iqtisadi məsələlər üzrə müavini Əlirza Daiminin sözlərinə görə, Araz çayından Urmiya gölünə suyun axıdılması İran hökumətinin həll yollarından biridir: “İran qonşu ölkələrlə imzaladığı protokollar əsasında Araz çayının suyunu Urmiya gölünə axıdacaq. Ancaq bu addım da kifayət deyil. Bəzi layihələr də sırf bu bölgənin içməli su, sənaye və kənd təsərrüfatında olan ehtiyacını təmin etmək məqsədi daşıyır. Yəni Urmiya gölünün nicatı üçün həll yolu hesab edilmirlər”.
Ə. Daimi deyib ki, Urmiya gölünə axan çaylar üzərində tikilməsi üçün layihələndirmə işləri aparılan və inşa edilməkdə olan su bəndlərində fəaliyyətlər dayandırılıbdır: “Əgər lazım gələrsə, bu layihələr tamamilə dayandırılacaq. İnşa edilmiş su bəndlərinin ehtiyatında 7.1 milyard kubmetr su var. Ehtiyac olduğu təqdirdə bu su miqdarını gölə doğru buraxa bilərik və bölgənin əkinçilərinə də onların kənd təsərrüfatı üzrə ehtiyaclarını təmin edə bilməyəcəyimizi söyləyə bilərik. Amma bu su bəndlərindən bölgənin içməli suyunun təmin edilməsi üçün də istifadə edilir və bu da başqa bir problemdir”.

APA
1176 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP