Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Yanvar 2014

Sulu qəlyanın bilmədiyiniz zərərləri

Qəlyan tüstüsü ağciyər vasitəsilə bütün orqanları zədələyir

Bir çoxları onun zərərsiz olduğunu düşünürlər. Məhz bu səbəbdən siqareti tərk edib, ona qurşanırlar. Nəticədə isə "yağışdan çıxıb, yağmura düşürlər". Söhbət son illərdə xüsusilə gənclər arasında sürətlə yayılan sulu qəlyandan gedir.
Hələ bir neçə il əvvəl Dünya Səhiyyə Təşkilatı sulu qəlyanın orqanizmdə ciddi fəsadlara yol açması barədə tövsiyə mətni yayımlayıb.

Həkim Habil Hüseynov xüsusilə vurğulayır ki, sulu qəlyan çəkən insanlarda əsasən ağciyər zədələndiyindən digər daxili orqanlar da bu zədədən öz payını alır.
Sulu qəlyanın sosial sağlamlıq baxımından da böyük fəsadlara yol açdığı acı həqiqətdir. İnsanlar arasında bir sıra yoluxucu xəstəliklərin yayılmasına səbəb olduğu üçün sulu qəlyan əsl təhlükə mənbəyi hesab olunur.
Sulu qəlyanın təmtəraqlı təqdimatı, həmçinin qəlyanın özünün xüsusi formada hazırlanması, eləcə də qəlyana müxtəlif dad və qoxuların vurulması insanları aldatmamalı və öz sağlamlıqlarını ötəri həzzlərə qurban verməməlidirlər.
1645 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber