Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Yanvar 2014

Suriya müxalifəti bir-biri ilə vuruşur

Suriyada nə baş verdiyini anlamaq getdikcə çətinləşir.

Bu yaxınlara qədər prezident Bəşər Əsədə qarşı mübarizə aparan müxalifət indi də bir-biri ilə vuruşmağa başlayıb. Azad Suriya Ordusundan ayrılan və Əl-Qaidə terror təşkilatına yaxınlaşan İraq Dəməşq İslam Dövləti Təşkilatı Rəqqa şəhərində müxalifətə hücum edib. İki silahlı müxalifət qruplaşması arasında İdlib və Hələb ətrafında da qanlı döyüşlər olub. Hər iki tərəfdən ağır itkilərlə müşayət olunan döyüşlərdə çox sayda ölən və yaralananların olduğu bildirilir.

Vəziyyətin çətinliyini görən müxalifət Avropa Birliyinə müraciət edərək Cenevrə-2 toplantısının vaxtının dəyişdirilməsini tələb edib. Birlik isə bu tələbi rədd edib. Bu arada müxalifət düşərgəsindən parçalanmadan Əsəd rejiminə sadiq ordu birləşmələri yararlanıb. Qiyamçılara hücum edən nizami ordu ötən gündən bu yana daha 40 insanı qətlə yetirib. Raket və toplarla edilən hücumlarda onlarla insanın yaralandığı bildirilir.
1669 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...