Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Yanvar 2014

Türkiyədə "dövlət içində dövlət qurmaq istəyən" 600 polis işdən çıxarılıb

Türkiyəni bürüyən 17 dekabr korrupsiya və rüşətxorluq qalmaqlı nəticəsində Ankara polis idarəsində kütləvi ixtisarlara başlanılıb.

Ans-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ötən gecə Ankara Polis İdarəsi (Əmniyyət Müdirliyində) 80 polis məmuru olmaqla, 350 polis işçisi tutduqları vəzifədən azad edilib. Verilən məlumata görə vəzifələrindən çıxarılan polis müdiri və məmuruları başqa yerlərə təyin olunublar.

Məlumatlarda qeyd olub ki, baş nazir R.T. Ərdoğan korrupsiya əməliyatlarından sonra daxili işlər naziri vəzifəsinə Əfqan Alanı gətirib. Ankara polis idarəsində isə Əfqan Alanın vəzifəyə gətirilmə məqsədinin, "dövlət içində dövlət qurmaq istəyənlərə qarşı əməliyyatlar aparılması" olduğu bildirilir.

Qeyd edək ki, Ankara Polis İdarəsində (Əmniyyət Müdirliyində) imzalanan son qərarnamədə, işdən uzaqlaşdırılan və yerləri dəyişdirilən polislərin sayının 600 nəfər olduğu bildirilir.
1506 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı