Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Yanvar 2014

Rza Zərrab azadlığa buraxılacaq?

“Hökümət əleyhinə ifadə ver, azadlığa çıx”

Türkiyədə baş verən 17 dekabr hadisələri hələ də gündəmdə qalmağa davam edir. Hələ xeyli su aparacaq “xəmir”in bir-birindən maraqlı detalları asta-asta üzə çıxır. Simsar.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, əməliyyat zamanı həbs edilən iş adamı Rza Zərrabın həbsxanada görüşünə gedən vəkili Xəlil İbrahim Qocanın ona hökümət əleyhinə təklif irəli sürdüyü iddia edilir.

İddialara görə, 5-6 yanvar tarixlərində Metris həbsxanasına gedən vəkil, “Əks ifadə ver. Səni hakimin yanına aparacağam. İfadədən əvvəl stolun üstündə ədliyyə hökmlü imza ilə imzalanmış kağız görəcəksən. İfadəndə, “Bu işi hökumətin təlimatına əsasən etdiyini”de. İfadən başa çatan kimi evə buraxılacaqsan”-deyib. Ancaq Zərrabın bu təklifə nə cavab verdiyi məlum deyil.

Əməliyyat zamanı saxlanılan digər şəxslərə də bu cür təklifin edildiyi iddia edilir. Belə ki, iddialara görə, həmin şəxslərə də “Abadlıq məqsədilə edilən dəyişiklikləri Baş nazirin tapşırığı əsasında aparıldığını” demələri bunun qarşılığında isə azadlığa buraxılacaqları təklif olunub.

Qeyd edək ki, Xəlil İbrahim Qoca, Rza Zərrabın həbs olunmamışdan qabaq vəkili olsa da 17 dekabr hadisələrindən sonra vəkillikdən imtina etdiyini demişdi. Onun adı əvəllərdə qalmaqallı mövzularda hallanmışdı.
1674 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP