Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Yanvar 2014

Mursi vəkildən imtina edib

Mursi məhkəməni tanımadığını bəyan edərək vəkildən imtina edib

Misirdə Məhəmməd Mursi onu mühakimə edəcək məhkəməni legitim hesab etmədiyini və tanımadığını, buna görə də müdafiə üçün vəkilə vəkalət verməyəcəyini bildirib. Bu haqda Məhəmməd Mursinin oğlu Usamə Mursi açıqlama verib, - “turkishny".

Misirdə hərbi çevrilişlə vəzifəsindən uzaqlaşdırılan, ölkənin seçilmiş prezidenti Məhəmməd Mursinin oğlu Usamə Mursi jurnalistlərə açıqlama verib. O, çevriliş tərəfdarı bəzi media qurumlarında yer alan "Mursinin özünü müdafiə etməsi üçün 2012-ci ildəki prezidentliyə namizədlərdən vəkil Məhəmməd Səlim el-Avvaya vəkalət verdiyi" istiqamətindəki xəbərləri təkzib edib. "Bir daha xüsusilə vurğulayırıq. Prezident onu mühakimə edəcək məhkəməni heç bir şəkildə tanımır və tanımayacaq", - deyə oğul Mursi bildirib.

Atasının vəkilə vəkalət verməkdən imtina etdiyini vurğulayan Usamə davamında deyib: "Daha əvvəl görülən qeyri-qanuni prosesdə atam müdafiəsini həyata keçirərkən məhkəmənin onu mühakimə etmə səlahiyyətinə malik olmadığını ifadə etməklə kifayətlənmişdi".

Çevrilişdən sonra təxminən 4 ay naməlum yerdə saxlanılan Mursi haqqında "Prezident Sarayı önündəki nümayişçiləri öldürməyə təşviq" ittihamıyla açılan cinayət işinin ilk prosesi 4 noyabrda başlamışdı./deyerler/
1453 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı