Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Yanvar 2014

Bakıda avtobus aşdı, yaralılar var

Ötən gün saat 13:54 radələrində Bakının Qaradağ rayonu ərazisində, Bakı-Ələt yolunun 42-ci kilometrliyində sərnişin avtobusu aşıb. Baş Dövlət Yol Polis İdarəsindən ans-ə verilən məlumata görə, “Hyundai” markalı, 90 JM 996 dövlət nömrə nişanlı avtobus sürətlə hərəkət edərkən idarəetməni itirib. Avtobus yoldakı dəmir maneəyə çırpılıb və aşıb.

Qəza nəticəsində avtobusun içərisindəki 3 sərnişin ağır xəsarətlər alıb. Yaralılar 23 yaşlı Hüseyn Həsənov, 30 yaşlı Asudə Abbasova və 26 yaşlı Toğrul Əliyev xəstəxanaya yerləşdirilib. Onların vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
1542 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...