Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Yanvar 2014

Rusiya Səudiyyə Ərəbistanı və Qətərə hücum planı hazırlayıb

CNN telekanalının verdiyi məlumata görə, rəsmi Moskva Səudiyyə Ərəbistanı və Qətərə hərbi hücumla bağlı plan hazırlayıb. Bu haqda sözügedən telekanal Rusiya Hərbi Hava Qüvvələrinin yüksək çinli rəsmisinə istinadən məlumat yayıb. Hərbçi bildirib ki, Kreml rəhbərliyinin Riyad və Doha əleyhinə hərbi hücuma başlamasına səbəb ölkənin terrorla sarsıdılmasına yönəlik addımlardır: “Volqoqradda baş verən son terror hadisələrinin arxasındakı gücü müəyyənləşdirmək çətin deyil. Bundan əvvəl elə eyni vilayətdə baş verən terror hadisəsi də eyni dairə tərəfindən idarə olunub.”

Qeyd edək ki, başqa bir mənbə də baş verən terrorlardan bir neçə ay öncə Ərəbistanın Kəşfiyyat İdarəsinin rəhbəri Bəndər bin Sultanın Rusiyaya etdiyi səfərinə diqqət çəkir. Səfər zamanı kəşfiyyat rəhbərinin Rusiyaya Suriya məsələsindən çəkilmək qarşılığında 15 milyard dollar pul və 2014-cü ildə Soçidə keçiriləcək Qış Olimpiya Oyunlarında sakit ab-hava vəd ediblər. Rusiya isə bu təklifə rədd cavabı veribmiş./Faktxeber/
1441 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber