Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Yanvar 2014

Türkiyə Dövlət Dəmiryollarına polis basqını

İzmir Cümhuriyyət Prokurorluğu tərəfindən aparılan cinayət işi ilə bağlı bu gün səhər başlayan həbs dalğası hazırda Ankarada davam edir.

Virtualaz.org xəbər verir ki, bu dəqiqələrdə polis Türkiyə Dövlət Dəmiryollarının (TCDD) mərkəzi binasında axtarış aparır. Axtarış prokurorun korrupsiya və tenderlərdə fırıldağa yol vermə ittihamı ilə çıxardığı sanksiya əsasında həyata keçirilir.

Polislərin axtarışa başladığı vaxt TCDD-nin rəhbəri Süleyman Karamanın öz iş kabinetində olduğu bildirilir. Bu cinayət işi çərçivəsində Süleyman Karamanın da həbsi istisna deyil.

Xəbər verildiyi kimi, əməliyyatda 100-ə yaxın məmurun və iş adamının həbs olunacağı gözlənilir. Artıq 25 nəfər həbs olunub.

* * * 14:08

Türkiyədə korrupsiya, rüşvət, çirkli pulların yuyulması cinayətləri ilə bağlı bu gün səhər başlayan ikinci həsb dalğasından tutulanların sayı 100-ə çata bilər.

Türkiyə mediası xəbər verir ki, İzmir prokurorluğunun barəsində həbs qərarı verdiyi şəxslərin sayı 100-ə yaxındır. Onların əksəriyyəti vəzifəli məmurlar və hökumətə yaxın iş adamlarıdır. Həbslər liman işlətmələrində korrupsiyaya yol verildiyi və tenderlərə fırıldaq qatıldığı ittihamlarıyla aparılır. Hökumət hələlik həbslərə reaksiya vermir. Bununla belə hökumət 17 dekabr həbslərinin ardınca polis sistemində başlatdığı kütləvi işdən azad etmələri davam etdirir. Ancaq göründüyü kimi polis sisteminin fətullahçılardan təmizlənməsinə yönələn addımlar da AKP hökumətini yeni korrupsiya həbslərindən xilas edə bilməyib. Həbsləri həyata keçirən İzmir polisində də dekabrın 19-da şöbə rəislərinin yerləri dəyişdirilmişdi.

* * * 13:42

Səhər saatlarından başlayan əməliyyatda 25 nəfər tutulub, onların arasında iri holdinqin rəhbəri də var

Türkiyədə polis korrupsiya və rüşvət işi ilə bağlı yeni həbs əməliyyatları keçirir.

Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, həbslər İzmir Cümhuriyyət Prokurorluğunun qaldırdığı cinayət işi ilə bağlıdır. Səhər saatlarında başlayan həbs əməliyyatında tenderlərə hiylə qarışdırmaq, rüşvət almaq və digər cinayətlər törətmək ittihamları ilə 25 nəfər vəzifəli şəxs tutulub. Həbs olunanlar arasında mərkəzi ofisi İstanbulda yerləşən iri holdinqin rəhbəri də var.

Cinayət işi dəniz limanları işlətmələrində korrupsiyaya yol verilməsi ilə bağlıdır. İstintaqı İzmir polisinin maliyyə cinayətləri ilə mübarizə şöbəsinin müstəntiqləri aparıb. Uzun müddətdir davam edən texniki təqib və izləmə nəticəsində korrupsiya ilə məşğul olan şəxslərin adları müəyyən olunub. İzmir, İstanbul, Ankara, Van və Hatayda eyni vaxtda keçirilən həbs əməliyyatında tutulanlar arasında İzmir Liman İşlətmə Müdiri Turan Yalçın, onun müavinləri, İzmir limanının terminal rəhbəri, Ankaradan Dövlət Dəniz Limanları idarəsinin idarə rəisi, İsgəndərun limanının müdir müavini, “Bayoğlu Holdinq”in idarə heyətinin rəhbəri, iş adamları yer alır. Polisin məhkəmə qərarları ilə şübhəliləri səhər saat 6-da həbs etdiyi bildirilir. Saxlanılan şəxslərin dindirilməsindən sonra yeni həbslərin də olacağı bildirilir. Davamı olacaq...
1376 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12