Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Yanvar 2014

Terrorist həbsxanadan qaçdı

Yunanıstanda "17noyabr" terroristi həbsxanadan qaçıb.

Avropa.info-nun Türkiyə mətbuatına istinadən məlumatına görə, terrorist Yunanıstanda 1975-2002-ci illər arasında Türk, İngilis Amerika diplomatlarını öldürüb. 33 cinayət və cox sayda bombalı hücum həyata kecirib.

Terror təşkilatının ömürlük həbsə məhkum edilmiş baş tətikçilərindən olan Xristodulos Ksiros həbsxanadan qaçıb.

Afinada 6 dəfə ömürlük həbsə məhkum edilmiş Ksiros Milad bayramı münasibətiylə 9 günlük icazə alaraq həbsxanadan çıxıb və geri qayıdmayıb. İcazəli olduğu hər gün polis bölməsinə gəlib imza atmalı olan terroristi tutmaq üçün Yunan polisi səfərbər olub.

Milad icazəsi sabah bitən terroristin vəkili Ksirosun inqilabçı olduğunu və əqidəsinə sadiq qaldığını söyləyərək dolayı yolla terroristin qaçdığını etiraf edib.
1574 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber