Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Yanvar 2014

İraqda “Əl-Qaidə”nin “Qafqazlı” ləqəbli lideri qətlə yetirilib

İraqda “Əl-Qaidə” ilə əlaqəli olan “İraq və Levantada islam dövləti” adlı radikal dini qruplaşmasının liderlərindən biri, daha çox “Qafqazlı” ləqəbi ilə tanınan Əbu Tafil qətlə yetirilib.

Apa-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə “Sky News Arabia” peyk telekanalı xəbər yayıb.

“Qafqazlı” ləqəbli Əbu Tafil “Əl-Fəluca əmiri” kimi tanınan Abdulla əl-Canabidən sonra “İraq və Levantada islam dövləti” qruplaşmasında ikinci adam sayılırdı. Qeyd edək ki, İraqın qərbindəki Əl-Anbar əyalətində həyata keçirilən antiterror əməliyyatı zamanı Ə.Tafil ilə yanaşı A.Əl-Canabi də qətlə yetirilib.

Son günlər Əl-Anbar əyalətinin Əl-Faluca şəhərində İraq ordusu və özünümüdafiə sünni batalyonunun döyüşçüləri ilə “İraq və Levantada islam dövləti” qruplaşması arasında döyüşlər gedir. Ordu şəhərə genişmiqyaslı hücuma hazırlaşır. Bu üzdən də yerli sakinlər Əl-Falucadan təxliyə edilir.
1457 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber