Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Yanvar 2014

Bu da prokurora verilən rüşvətin sənədi – Foto

Türkiyədəki “əsrin davası” adlanan “Ergenekon” ilə tanınan və 17 dekabr rüşvət əməliyyatını araşdıran prokuror Zəkəriyyə Öz Dubaydakı 77 min lirəlik (27.5 min manat) tətil xərcinin biznesmen Əli Ağaoğlu tərəfindən ödəndiyi açıqlanıb. Özün 5530 dirhəm (11 min 560 manat) ödədiyi axşam yeməyinə verilən 300 dirhəm (640 manat) bəxşişin sənədi ortaya çıxıb.

 

 

“Axar.az” xəbər verir ki, Baş Prokuror Zəkəriyyə Öz Dubaydakı tətil xərclərini “Sabah” qəzeti yayımlayıb. İstanbuldakı bir inşaat şirkəti tərəfindən ödəndiyi iddiasına qarşılıq olaraq “Hürriyət”ə danışan Öz “pulumu öz cibimdən ödədim” açıqlamasını verib. Özün bu açıqlamasına cavab isə biznesmen Əli Ağaoğlundan gəlib. Yazılı açıqlama verən Ağaoğlu “Dubaydakı nümayəndəmizin, cənab prokuror ilə köhnə tanışlıqları çərçivəsindəki bu qonaqlıq nümayəndəmizin təşəbbüsü ilə reallaşmasından məlumatlıyıq” deyərək, tətil xərclərinin öz şirkəti tərəfindən ödəndiyini bildirib.

5530 dirhəm hesab, 300 dirhəm bəxşiş

Yayımlanan sənəddə 300 dirhəm (640 manat) bəxşişin ödəndiyi naharda 5530 dirhəm (11 min 560 manat) hesabı “Ağaoğlu” Şirkətlər Qrupu Körfəz ölkələri Satış Direktoru İdris Dəmirxanın plastik kartından ödənib.

1621 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı