Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Yanvar 2014

Suriyada müxalifət hökumətlə birləşdi

Əsəd rejiminin əlində olan Suriya ordusuyla rejimə qarşı döyüşən Azad Suriya Ordusu Əl-Qaidəyə bağlı olan Əl-Nusra qruplaşması ilə mübarizə aparmaq üçün atəşkəs razılaşması bağlayıb.

“Axar.az” bu haqda "Fars" Xəbər Agentliyinə istinadən xəbər verir.

Xəbəri Suriya ordusunda yüksək vəzifəli bir şəxsdən aldığını iddia edən agentliyə görə, Milli Razılaşma Komitəsi ilə bəzi tayfa liderlərinin dövrəyə girməsi nəticəsində paytaxt Şamın əhəmiyyətli şəhərətrafı ərazilərindən olan Bərzədə Əl-Nusra qarşısında çətin vəziyyətdə qalan müxalif Azad Suriya Ordusu (FSA) ilə Bəşər Əsəd rejiminin Suriya Ordusu atəşkəs sənədi imzalayıb.

Bu razılaşmaya əsasən, tərəflər Suriyanın Bərzə bölgəsində öz aralarında döyüşməyəcək və Bərzədə təkcə Əl-Nusra qruplaşması ilə mübarizə aparacaqlar.
1480 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:02