Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Oktyabr 2013

12 oktyabrda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Oktyabrın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturunun gecə 13-16, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında
Oktyabrın 12-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 8-13, gündüz 21-26, dağlarda gecə 1-6, gündüz 13-18 dərəcə isti təşkil edəcək.
Aqrometeoroloji şərh
Oktyabrın 11-dən 13-dək respublikanın rayonlarında nisbətən mülayim-isti sabit və əsasən yağmursuz hava şəraiti gözlənilir. Kənd təsərrüfatı bitkiləri, o cümlədən pambığın yetişməsi üçün istilik kifayət qədər olacaq,. Mərkəzi-Aran rayonlarında havanın temperaturu 21-26 dərəcə isti təşkil edəcək. Buna baxmayaraq, pambığın yetişmə sürətinin adi vaxtlardan geri qalacağı davam edəcək. Hava şəraiti ümumən pambığın yığımı və qurudulması, üzüm və meyvə bağlarında məhsulun yığımı, həmçinin qışlaqlarda ot örtüyünün boy atması və payızlıq dənli bitkilərin səpini üçün əlverişli olacaq.
1856 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber