Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Yanvar 2014

Bakının Xətai rayonunda böyük ərazini kanalizasiya suları basıb

Bakının Xətai rayonunda böyük bir ərazini kanalizasiya suları basıb.

Apa-nın məlumatına görə, Nəcəfqulu Rəfiyev küçəsi eləcə də, Babək prospektinin bu küçə ilə kəsişən hissəsi çirkab sular üzündən keçilməz vəziyyətə düşüb.

Bakı şəhər Kanalizasiya Xidməti İdarəsindən APA-ya verilən məlumata görə, ərazisini çirkab suyun basmasına 300 mm-lik kollektorda baş vermiş qəza səbəb olub. Nərimanov və Xətai rayonlarının kanalizasiya xətlərinə xidmət edən kollektorda kənar cisim aşkarlanıb və kollektor tutulub. Hazırda Bakı şəhər Kanalizasiya Xidməti İdarəsinin əməkdaşları qəzanın nəticələrinin aradan qaldırılmasına çalışırlar.
1494 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 00:01