Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Yanvar 2014

İş adamı intihar vaxtını açıqladı

Hüququ tapdanan daha bir vətəndaş intihara əl ata bilər. Bu barədə “Azadlıq”a müraciət edən iş adamı Elşad Məmmədov məlumat verib. Elşad Məmmədov iddia edir ki, “Avesta” konserninin prezidenti Hacı İbrahim Nehrəmli onun 355 min manatını vermir. O, çıxış yolunu intiharda gördüyünü deyir.

“2012-ci ilin fevral ayının 1-də “Avesta” konserninin rəhbəri Hacı İbrahim Nehrəmliyə məxsus olan “Həsən-96” MTK-nın sədri Emil Tağıyevdən Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllədə inşa olunmuş çoxmərtəbəli binanın 13-cü mərtəbəsində 51 və 52 saylı iki mənzilin satın alınması barədə inşaatçı şirkətlə müqavilə bağlayaraq almışam. Mənim qanuni sənədlərimi, maliyyə arayışını və kassa mədaxil qəbzini məhkəmələr saya saymadı. Hacı İbrahimdən pulumu tələb edəndə mühafizəçisi məni ölümlə hədələdi. Ailəmin və üç körpə övladımın təhlükəsizliyini təmin etmək üçün Qazax rayonuna köçmüşəm. Bu günə qədər minə yaxın şikayət məktublarımın heç bir faydası yoxdur. Məhkəmələr məni yox, milyarder, milyonluq maşını olan, yeddi milyona özünə yaxta alan Hacı İbrahimi eşitdi”.
İş adamı deyir ki, 2014-cü il fevralın birində Nərimanov rayonunda yerləşən “Avesta” Konserninin qarşısında intihar edəcəm.

Qeyd edək ki, Hacı İbrahim Nehrəmli mətbuata açıqlamasında Elşad Məmmədovun dediklərinin yalan olduğunu söyləyib./azadlıq/
1692 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP