Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Yanvar 2014

Yerə güclü qasırğa yaxınlaşır

Həyat tərzi Cümə axşamı günü Yerdə güclü maqnit qasırğası başlayacaq. Ans-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Günəşdə güclü partlayış baş verib və bunun nəticəsində ətrafa plazma buludu sıçrayacaq. Plazma buludunun iki gündən sonra Yer kürəsinə çatacağı gözlənilir.

Bu barədə Rusiyanın Tədbiqi Geofizika İnstitutundan bildiriblər.

X 1.2 böyüklüyündə olan partlayışın mənbəyi Günəşdə Yerdən 2 dəfə böyük ölçüdə olan 1944 ləkə qrupu olub. “Bu ləkə qrupu mərkəzi meridianın yaxınlığında yerləşir”,- deyə məlumatda bildirilir.

Metereoloqlar meteohəssas insanlar üçün bu günlərdə diskomfort hissinin yaranacağını deyirlər.
1657 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber