Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Yanvar 2014

08 yanvarda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Yanvarın 08-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən günün birinci yarısında az yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturunun gecə 1-4, gündüz 5-8 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında
Yanvarın 08-də hava şəraitinin bəzi yerlərdə az yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 6-11, gündüz 0-4 dərəcə şaxta olacağı gözlənilir.
1628 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber