Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Yanvar 2014

Benzinin bahalaşacağı xəbəri Bakıda uzun növbələr yaradıb

Bu dəqiqələrdə Bakının yanacaqdoldurma məntəqələrində (YDM) nəhəng növbələr yaranıb.

Bu məlumatı virtualaz.org saytına Tiflis prospektindəki “Azpetrol” YDM-də növbədə dayanan sürücülərdən biri verib. Onun sözlərinə görə, bu YDM-də maşınlar 4 cərgədə dayanıb növbə gözləyirlər, benzin doldurmaq üçün bura gələn avtomobillərin axını isə davam edir.

Sürücülər bildirib ki, belə uzun benzin növbələrinin yaranmasına səbəb yanacağın qiymətinin bu gecə yenə də artırılacağı barədəki xəbərlərin yayılmasıdır. Avtomobil sahibləri bu xəbəri eşidəndən sonra “bir qədər artıq benzin tədarük etmək” qərarına gəliblər.

Qeyd edək ki, bir neçə gün öncə məbuatda benzinin yanvarın 7-də yenidən bahalaşdırılacağı barədə məlumatlar yayılıb. Tarif Şurası bu xəbəri təkzib etsə də bu quruma etimadını itirən insanlar aldadılmaqdan ehtiyatlanaraq YDM-lərə axışıblar.

Buna da əsas var. Belə ki, Tarif Şurasının, deputatların, nazirlərin və digər rəsmi şəxslərin vədlərinə baxmayaraq benzinin qiyməti dekabrın 3-də qəflətən qaldırıldı.
1473 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...