Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Yanvar 2014

"Müdafiə sistemi "Hizbullah"-ın raketləri qarşısında acizdir"

Sionist rejim İsrailin keçmik komandiri müdafiə sistemlərinin müdafiəsizliyindən danışıb

İslamazeri.az-ın “əl-Həyat”a istinadən verdiyi xəbərə görə, İsrail ordusunun dəniz donanmasının keçmiş komandiri general Əliəzər Marom etiraf edib ki, “Təl-Əvivin düşmən hücumlarından müdafiə gücündən yüksək səslə danışmasına baxmayaraq deməliyəm ki, heç kim raketdən müdafiə sisteminin İsraili raketlərdən qorumasına zəmanət verə bilməz. Müdafiə sistemi Rusiyanın "Yaxont" raketlərini izləyib, məhv edə bilmək gücünə sahib deyil. Buna görə də, Rusiyanın “Hizbullah”-a "Yaxont" raketlərini verməsi xəbəri təsdiqlənsə İsrailin başı bəladadır deməkdir. "Hizbullah" İsrailin istənilən nöqtəsini, qaz və neft yataqlarını, İsrailin limanlarını və gəmilərini rahat şəkildə öz raket hədəfinə çevirə bilər.”

Qeyd edək ki, Rusiyanın "Yaxont" raketləri ən mükəmməl raketlərdən sayılır.
1500 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı
02.12.16, 23:53