Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Yanvar 2014

Türkiyədə 16 vilayətin polis rəisi dəyişdirilib

Türkiyə hökuməti ölkənin polis təşkilatını nurçu və ya nurçulara yaxın olmasından şübhə duyulan polislərdən təmizləmək üçün ötən ilin 17 dekabrından sonra başladığı geniş miqyaslı tədbirləri davam etdirir.

Türkiyə xəbər agentliklərinin verdiyi məlumata görə, Ankara, İzmir, Antalya, Bursa, Adana, Kocaeli, Qaziantep, Hatay, Mersin, Trabzon, Samsun, Sakarya, Ərzurum, Malatya və Diyarbəkir əmniyyət müdirləri (polis rəsiləri) vəzifələrindən uzaqlaşdırıblar. Kırıkkale polis rəisi isə bu vəzifədən çıxarılaraq Ankaraya təyin olunub.

Xatırladaq ki, Ərdoğan hökuməti rüşvət və korrupsiya əməliyyatını nurçu polis və prokurorların hökuməti devirmək cəhdi kimi qiymətləndirir və hüquq-mühafizə sistemini nurçulardan və onlara yaxın şəxslərdən tamamilə təmizləyəcəyini bəyan edib./apa/
1335 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP