Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Oktyabr 2013

Dünya bazarında neftin qiyməti aşağı düşüb

Beynəlxalq Energetika Agentliyinin (BEA) dünyanın neftə olan tələbat və təklifi ilə bağlı məruzəsinin açıqlanması, eləcə də ABŞ-dan olan zəif makroiqtisadi statistika fonunda dünən dünya bazarında neftin qiyməti aşağı düşüb.

"RİA Novosti”nin verdiyi xəbərə görə, Brend markalı neftin bir barelinin noyabr fyuçerslərinin qiyməti 0.52 dollar azalaraq 111.28 dollar olub.

Yüngül neft markası WTI-ın bir barelinin noyabr fyuçerslərinin qiyməti 0.99 dollar aşağı düşərək 102.02 dollar təşkil edib.

BEA-nın oktyabr hesabatına əsasən, Təşkilatın 2014-cü ildə dünyanın neft tələbatı ilə bağlı proqnozu dəyişməz olaraq qalıb. Belə ki, ekspertlərin fikrincə, tələbat gündəlik 1.1 milyon barel artaraq 92 milyon barelə çatacaq. Bununla belə, cari ildə dünyanın “qara qızıl”a olan tələbatı gündəlik 91 milyon barel təşkil edəcək. Bu, sentyabr proqnozlarından təxminən 100 min barel, ötən ilin gündəlik tələbat həcmindən isə 1 milyon barel çoxdur. /SalamNews/
1721 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber