Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Yanvar 2014

Hər bayram günündə 50 milyon manat itki

Azərbaycan iqtisadiyyatı 2014-cü ildə 1 milyard manat itirəcək

2014-cü ildə Azərbaycanda qeyri-iş günü sayılan 20 bayram günü var. “Media forum” saytına danışan iqtisadçı ekspert Samir Əliyev deyib ki, Azərbaycan qeyri-iş günləri çox olan ölkələrdən sayılır: “Dünyada ən çox qeyri-iş olan bayram günləri Şri-Lankadadır.

Bu ölkədə vətəndaşların ildə 24 gün istirahət etmək şansı olur. Iran, Maldiv adaları və Braziliyada belə günlərin sayı 21-dir. Hindistanda 18, Cənubi Koreyada 17, Yaponiyada 15 bayram günü müəyyənləşib. Avstraliya və Isveçrədə 11, Sinqapur, Irlandiya və Niderlandda 10, Britaniyada 9, Kubada 8 qeyri-iş günü var.

YUNESKO-nun qiymətləndirmələrinə görə, dünya üzrə qeyri-iş günlərinin orta statistik rəqəmi 12,2 gündür. Almaniya vətəndaşları 13, Italiya 12, ABŞ isə 11 gün evində bayram edir. Belarusda 13, Rusiyada 11, Ukraynada 10 qeyri-iş günü var.

Bayramlarla əlaqədar qeyri-iş günlərinin sayının çoxluğu birmənalı qarşılanmır. Əgər vaxtamuzd işçilər qeyri-iş günlərinin sayının çoxluğunda maraqlıdırlarsa, bu, işəmuzd işçilər üçün arzuolunmazdır. Gündəlik qazancla yaşayan şəxslər üçün hər qeyri-iş günü zərər deməkdir.

Qeyri-iş günləri təkcə ayrı-ayrı şəxslərə yox, ümumilikdə ölkə iqtisadiyyatına zərər vurur. Bununla bağlı müxtəlif hesablamalar mövcuddur. Məsələn, Rusiyanın Əmək Nazirliyinin hesablamalarına görə, orta hesabla hər bayram günü 370-420 milyon dollar zərər deməkdir. ÜDM hər il yeni il bayramlarına görə təxminən 20-25 milyard dollar itirir. Böyük Britaniyada ölkə iqtisadiyyatı hər qeyri-iş gününə görə 2,3 milyard funt itirir. Il ərzində ümumi itki 19 milyard funt olur.

Qeyri-iş günlərinin çoxluğu Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərir. 2012-ci ildə ÜDM-in gündəlik həcmi isə orta hesabla 148 milyon manat olub. Rəsmi məlumata görə, ÜDM-in 50%-i neft sektorunun, 15%-i isə nəqliyyat, ticarət və ictimai iaşənin payına düşür. Neft hasilatı fasiləsiz istehsal sahəsi hesab olunduğundan qeyri-iş günləri bu sektora şamil edilmir. Nəqliyyat, ticarət və ictimai iaşə obyektləri də ilin istənilən günü müştərilərin üzünə açıqdır. Bu 4 sektorda gündəlik ÜDM-in təxminən 65%-i formalaşır. Yerdə gündəlik ÜDM-in (148 milyon manatın) 35%-i qalır ki, bu da təxminən 52 milyon manat edir. Deməli, hər işsiz gün üçün ölkə iqtisadiyyatı ən azı 50 milyon manat zərərə düşür. Bu o deməkdir ki, 2014-cü ildə ÜDM bayram günlərinə görə ən azı 1 milyard manat itirəcək. Nəzərə almaq lazımdır ki, ölkə iqtisadiyyatı ildən-ilə artır və ona uyğun olaraq itkilərin həcmi də ildən-ilə artır. Təkcə bank sektoru hər qeyri-iş gününə görə ümumilikdə 10-15 milyon manat itirir.

Azərbaycanda neft sənayesi qeyri-iş günlərinə görə dəyən zərəri azaldan sektordur. Çünki neft hasilatı hesabına ölkədə ən azı orta hesabla gündəlik 74 milyon manatlıq dəyər yaranır"./azadlıq/
1411 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı