Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Yanvar 2014

“Bahar enerji” şirkətinin işçiləri etiraza qalxdı

Şirkət neftçilərdən vaxt istəyib

“Bahar enerji” şirkətində işdən çıxarılan 100-ə yaxın neftçi dünən şirkətin baş ofisinin binası qarşısında toplanıb. Bunu virtualaz.org saytına Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı deyib.

Onun sözlərinə görə, şirkətin prezidenti, əslən iranlı olan Əmir Mahmud Zadenin iştirakı ilə təcili iclas keçirilib: “Narazı neftçilərdən aldığımız məlumata görə, onların bir qrupu iclasa çağırılıb, onlardan ixtisarlara yenidən baxılması üçün vaxt istənilib. Amma hesab edirik ki, bu, şirkətin növbəti oyunudur və işçilərin sakitləşməsini gözləyirlər”.

Qeyd edək ki, narazı işçilərin təyin etdiyi aksiyanı işıqlandırmaq üçün jurnalistlər, eləcə də hüquq müdafiəçiləri şirkətin baş ofisinin yerləşdiyi “Qum adası”na gediblər. Lakin onlar şirkətə, hətta “Qum adası”nın girəcəyinə buraxılmayıblar. Şirkətin mühafizə xidmətinə kənar şəxslərin əraziyə buraxılmaması üçün ciddi tapşırıq verilib.

Onların verdiyi məlumata görə, öhdəsində azyaşlı uşaq, əlil olan, həmçinin ailə başçısını itirən qadınların işə bərpa ediləcəyi vəd olunub: “Bundan əlavə, işçilər arasında yenidən seçim aparılacağını dedilər. Bu isə narazılar arasında fikir ayrılığının yaranmasına səbəb oldu. Amma yekun qərardan asılı olaraq biz öz sözümüzü deyəcəyik”.

M.Qəhrəmanlı isə qeyd etdi ki, şirkət qəsdən narazı neftçilər arasında fikir ayrılığı yaratmaq istəyir: “Bəziləri təkrar işə bərpa olunacağını düşündüyündən gözləmə mövqeyini tutur. Dünən təşkilatımıza gələn qadınlar arasında şikayətini geri götürmək istəyənlər var. Onlar deyirlər ki, birdən narazılıq edərik, şirkət rəhbərliyi bizi işə bərpa etməz. Buna görə də narazı neftçilərin problemi tam həllini tapmayacaq”.

Qeyd edək ki, şirkətin prezidenti Əmir Mahmud Zade Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşıdır. “Bahar enerji” şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən “Bahar” və “Qum-dəniz” yataqlarının daxil olduğu blokun kəşfiyyatı, bərpası, işlənməsini həyata keçirir. Şirkət nəqliyyat naziri Ziya Məmmədov və onun biznes ortağı Dubayın Cəbəl Əli azad ticarət zonasında qeydiyyatdan keçmiş “Baghlan Group Limited”, “Bakı” futbol klubunun prezidenti olan “Hafka” ləqəbli iş adamı Hafiz Məmmədova məxsusdur.
1393 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.12.16, 08:19