Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Yanvar 2014

Əsəddən rus dili ilə bağlı qərar

Vətəndaş müharibəsinin davam etdiyi Suriyada Təhsil Nazirliyi məktəblərdə ikinci xarici dil kimi rus dilinin tədrisi barədə qərar verib.

"Cihan" xəbər agentliyinin verdiyi məlumata görə, yeni qərar növbəti tədris ilindən başlayaraq icra olunacaq.

Ölkədə birinci xarici dil kimi ingilis dili tədris olunur. 1923-1943-cü illərdə Fransanın idarəsi altında olan ölkədə fransız dili ikinci xarici dil kimi tədris olunurdu. Bundan sonra isə şagirdlər fransız və rus dilindən birini ikinci xarici dil olaraq seçə biləcəklər. Suriya təhsil naziri Hazvan Vaz lazımı hazırlıqların davam etdiyini bildirib. Suriya Təhsil Nazirliyinin məlumatlarına görə, 22 milyon əhalinin olduğu ölkədə 4 milyon şagird təhsilinə davam edir.

Moskva keçmiş SSRİ dövründə də müttəfiqi olan Suriyaya vətəndaş müharibəsi zamanı da dəstək verib. Rusiya Suriyaya xarici hərbi müdaxilənin qarşısının alınmasında da həlledici rol oynayıb.

Fərqli məlumatlara görə, Suriyada 10-40 min arasında Rusiya vətəndaşı yaşayır.
1349 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı