Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Yanvar 2014

Keçmiş Pentaqon rəhbəri Obamanı tənqid etdi

Robert Geyts xatirələr kitabında Barak Obamanı Əfqanıstan siyasəti ilə bağlı sərt şəkildə pisləyib.

Qərb mətbuatı xəbər verir ki, ABŞ-ın keçmiş Müdafiə naziri Robert Geyts “Xidmət: hərbi nazirin memuarları” kitabında prezident Barak Obamanın və onun administrasiyasının Əfqanıstanla bağlı strategiyasını tənqid edib.

Geyts, xatirələr kitabında əsas hədəfi ilk növbədə Obamanın hərbiçilərə qarşı olan inamsızlığı və Pentaqonun fəaliyyətinə Ağ Evin müdaxiləsinə yönəldib. “Obama general Petreusa böyük şübhə ilə yanaşırdı. Əfqanıstan prezidenti Həmid Kərzayidən isə ümumiyyətlə, uzaq gəzirdi. Obama, bu müharibəni özününkü hesab etmirdi. Əsas məqsədi hər şeyi bitirib, oradan uzaqlaşmaq idi” – Geyts qeyd edir.

Həm Corc Buş, həm də Barak Obamanın dövründə Pentaqon başçısı kimi fəaliyyət göstərən Geyts, Ben Ladenin məhv edilməsi ilə bağlı əməliyyata da toxunub.

“Obama, əvvəlcə Ben Ladenin gizləndiyi bölgədə əməliyyat keçirməyin əleyhinə idi. Lakin sonradan qərarını dəyişərək hərəkətə keçmək əmrini verdi. Bu mənim Ağ Evdə şahidi olduğum ən cəsur qərarlardan biri idi”.

Bununla belə Geyts Obama administrasiyası ilə hərbçilərin münasibətlərinin daim gərgin olduğunu bildirir.

“Prezident administrasiyasının milli təhlükəsizliyə cavab verən əməkdaşları idarəetmə və müdaxilə hallarını yeni səviyyəyə qaldırdılar. Yüksək rütbəli administrasiya nümayəndələrinin, o cümlədən prezident və vitse-prezidentin hərbiçilərə şübhə ilə yanaşması mənim üçün böyük problem idi. Mən Ali Baş Komandan və hərbi rəhbərlik arasında etibar mühiti yarıtmağa çalışırdım”.
1360 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...