Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Yanvar 2014

Spirtli içki xərçəng yaradır

Spirtli içkilərin qəbulu xərçəng xəstəliyinin yaranma səbəblərindən biridir - alimlər

Xərçəng xəstəliklərinin inkişafı həyat tərzi, o cümlədən siqaret və heyvan mənşəli məhsulların qəbulu ilə ciddi şəkildə əlaqəlidir.

AMEA-dan SalamNews-a verilən məlumata görə, bununla bağlı nəticəni Dünya Səhiyyə Təşkilatı 2008-ci il üçün xərçəng xəstəliklərinin dünya üzrə göstəricilərini toplayarkən əldə edib. Göstəricilərdə xərçəngin 157 ölkədə 21 növü nəzərə alınıb.

Məlumatda bildirilir ki, insanların rasionundakı dəyişikliklərlə xərçəngə yoluxmanın ən yüksək göstəriciləri arasındakı vaxt təxminən 20 ili əhatə edib. Ət, balıq və yumurta heyvan məhsulları indeksinə daxil edilib. Ağciyər xərçənginin göstəricilərindən isə siqaret və çirkli hava effektləri indeksi qismində istifadə olunub.

Nəticədə xərçəngin yayılma indekslərinin 50%-dən çox göstəricisini 87 ölkədə siqaretdən istifadə və heyvan məhsullarından istifadə indeksi ilə izah etmək mümkün olub. Xərçəngin yaranma səbəblərindən biri spirtli içkilərin qəbulu ilə əlaqələndirilib.

Heyvan məhsulları xərçəngin inkişafına səbəb ola bilər. Belə ki, onlar bədənin toxumaları kimi şişlərin də inkişafını fəallaşdırır. Məsələn, əvvəllər yaponların rasionunun 10%-ni heyvan məhsulları təşkil edirdi. Hazırda isə bu göstərici 20%-dir. Buna görə də son 20-30 ildə bu ölkədə xərçəngə yoluxma səviyyəsində artım müşahidə edilir.
1602 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 16:28