Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Yanvar 2017

Natiq Kərimovun məhkəməsində hakim özünə etiraz edib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran sakini Natiq Kərimov və Azərbaycan İslam Partiyasının sabiq sədr müavini İnqilab Əhədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Hakim Eldar İsmayılovun sədrlik etdiyi hazırlıq iclasında hakim özünə etiraz verib. Bildirib ki, cinayət işi ilə tanış olan zaman həmin iş üzrə istintaqın Dövlət Təhlükəsizlik Xidmətində aparıldığı məlum olub: “Həmin iş üzrə istintaq qrupunun üzvü isə oğlum Emil İsmayılzadədir. Bu halda qanunvericilik işə mənim sədrliyimlə baxmağa imkan vermir”.

Digər hakimlər Cavid Hüseynov və Əlisultan Osmanov etirazı müzakirə ediblər. Onların qərarına əsasən, etiraz təmin olunub. Cinayət işi yenidən icraata verilməsi üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin sədrinə göndəriləcək./apa/
306 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber