Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Yanvar 2017

FİFA dünya çempionatında iştirak edən yığmaların sayını 48-ə qaldırdı

FİFA dünya çempionatında iştirak edən milli komandaların sayını 32-dən 48-ə qaldırdı.

Bu barədə təşkilatın rəsmi Tvitter hesabında məlumat verilir.

Qərar yanvarın 10-da şuranın Sürixdə keçirilən toplantısında qəbul edilib.

Şura üzvləri yektilliklə qərarın lehinə səs veriblər.

Belə bir təklifi Portuqaliya millisi, “Real”, “Barselona” və “İnter” in keçmiş futbolçusu Luis Figo vermişdi.

O, komandaların sayının 32-dən 40 və ya 48-ə qaldırılmasını təklif eləmişdi.

Çempionatın qaydaları bu ilin martında elan edilməlidir.

Amma gözlənilir ki, hər birində 3 komanda olmaqla 16 qrup yaradılacaq və 2 ən yaxşı komanda pley-off mərhələsinə keçəcək.

Turnirdə Avropa, Afrika, Asiya, Cənubi Amerika, Şimali və Mərkəzi Amerika və Okeaniyadan olan yığmalar qatılacaq.

2018-ci ildə dünya çempionatı Rusiyada, 2022-ci ildə isə Qətərdə keçirilməlidir.

Qeyd edək ki, 1998-ci ildən futbol üzrə Dünya cempionatında 32 komanda iştirak edir.

Bunadək, 1982-ci ildən çempionatda 24 komanda yarışırdı.

1930-cu ildə Uruqvayda keçirilən ilk dünya çempionatında isə 13 milli komanda mübarizə aparıb.
166 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.03.17, 09:32
Kadırov Suriyaya gedir
19.03.17, 11:28