Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Yanvar 2017

Səngəçalda qaz xəttində növbəti partlayış - Yeniləndi

Yanvarın 10-da axşam saat 20.45 radələrində diametri 1000 millimetr olan Səngəçal Baş Qurğuları-Qazıməmməd magistral qaz kəmərində yanğın baş verib.

SOCAR mətbuat xidmətindən axar-a daxil olan məlumatda bildirilir ki, yanğının söndürülməsi məqsədi ilə kəmər dərhal lokallaşdırılıb, bu xəttə verilən qaz alternativ kəmərə keçirilib və xətt istismardan təcrid olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb, yaşayış məntəqələri üçün hər hansı təhlükə yoxdur.

Hadisənin səbəbləri araşdırılır, əlavə məlumat veriləcəkdir.

Qeyd edək ki, bu, sözügedən kəmərdə 3-cü partlayışdır. Bundan əvvəl 27 dekabr 2016-cı il və 2 yanvar 2017-ci ildə 5 gün fərqlə iki partlayış olmuşdu.
150 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.03.17, 09:32
Kadırov Suriyaya gedir