Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Oktyabr 2013

Türkiyədən növbəti qələbə

2014 dünya çempionatının seçmə mərhələsi çərçivəsində Türkiyə Estoniyanın qonağı olub.

Umud Bulutun və Burak Yılmazın vurduğu qollar Türkiyəyə 2-0 hesablı qələbə bəxş edib. Bu qalibiyyət sayəsində xallarının sayını 16-a çatdıran Faih Terimin komandası play-off-a çıxmaq üçün son şansını əldə saxlamış olub. Belə ki, Hollandiyanı öz meydanında qəbul edəcək Türkiyə qalib gəlməlidir. Çünki ən yaxın izləyiçisi Rumınyanın da 16 xalı var və rumınlar son oyunda Estoniya ilə qarşılaşacaqlar. Əgər türkiyəlilər Hollandiyaya məğlub olsa və Rumınya Estoniyanı udsa, onda rumınlar 19 xalla qrup ikincisi kimi play-offa adlayacaqlar.(Bakuinfo)
1856 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10