Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Yanvar 2017

Azadlıq aşiqlərini həbs etmək sizə heç nə qazandırmayacaq!

Qanunsuzluqlarla hakimiyyətə gəlmiş iqtidarın qanunsuzluqlarını böyüyündən kiçiyinə qədər saymaqla bitməz. Qəsbkarlıqla hakimiyyəti ələ keçirmiş bu hökumət gəldiyi gündən hər cür çirkinliyə əl atır. Xalqımızın ağır güzəranından,günlərindən istifadə etməklə, ona yalan vədlər verib yerini bərkidib. Vəzifəyə layiqli, ləyaqətli insanlar təyin etmək əvəzinə öz qohum əqrəbalarını təyin edib ailə hakimiyyəti yaradıb.

Həmin bu vəzifədə olan məmurlardır ki,illərdir xalqın dərdlərinə laqeyd qalıb ancaq özləri üçün sərvət yığmaq məqsədi güdüblər. Öz tamahkar nəfsləri üçün heç nədən çəkinmədən hər kəsi əzə bilirlər. Ölkədəki şirkətləri leqallaşdırıb öz şəxsi hesablarına keçiriblər.Bütün bu edilən qanunsuzluqlara isə susmayan təbəqəni ağla gəlməyən ittihamlarla şərləyirlər.

Hakimiyyətin korrupsiya siyasətinin nəticəsidir ki,bütün sahələr iflasa uğrayıb.Nə müəllim,nə də həkim bu hokümətdən aldığı maaşla dolanışığını təmin edə bilmir, beləliklə korrupsiya halları baş verir. Beynəlxalq normalara riayət etməyən bu rejim islahatlar aparmaq əvəzinə, bu vəziyyətdən çıxış yolu təklif edən insanlara təzyiq edir,hətta həbs edir. Çünki hərtərəfli geriləmə sistemin işinə yarayır.Cəmiyyətdə hər yolla vəhdəti dağıtmağa çalışan rejim parçala,hökm et siyasətini tətbiq etmək istəyir. Özbaşınalığa,ədalətsizliyə rəvac verən bu rejimin xalqı xilas etmək niyyəti yoxdur.
Bizim bu gün texnoloji imkanlarımız həyat səviyyəmizin real yüksəlişi üçün kifayət etmir.Məmurlarla vətəndaşlar arasında yaranan böyük uçurumlar, vəzifəlilərin narazı insanlarla güc yolu ilə danışması,ictimai etimadın itirilməsi bu iqtidarın artıq idarə etmək qabiliyyətinin olmamasına nişanədir. KİV-lər vasitəsilə insanların fikrini ictimai proseslərdən yayındırmağa çalışan bu iqtidar,şou verilişlərlə xalqı baş verən hadisələrdən bixəbər qoya biləcəyini sanır.Son zamanlar isə TV-lərdə müxalifəti top-tüfəngə tutmaq ənənəsi geniş təbliğ olunur. Hər vəchlə uydurma böhtanlarla xalqın gözündə müxalifətin siyasi imicini korlamağa çalışırlar.Çünki müxalifət daxilində olan aktivistlər milyonları oyatmağa qadirdirlər.

Bu gün hər həs bu rejimə bu sualı verməlidir,”siz bu insanları hansı günahlarına görə həbs etmisiniz? “Əziz xalqım,inanclı dostlar! Uzun illərdir vətənimizi idarə edən rejimin ölkə daxilində hansı problemləri yaratdığı məlumunuzdur. Etdikləri iyrənclikləri isə, multukulturalizm, tolerantlıq adı altında həyata keçirirlər. Ölkəmizdə zülmə haqsızlığa qarşı barışmaz mövqe tutan,daima xalqının xidmətində durmağı özünə borc bilən Tale Bağırzadənin rəhbərliyi ilə 2 il öncə Müsəlman Birliyi Hərəkatı təsis olundu.Ədalətsizliyə ilə hökmranlq etməyə adət etmiş bu rejim Tale Bağırzadəyə və bu hərəkatın ideologiyasına duyduğu kininin, qəzəbinin ucbatından hiyləgərcəsinə alçaq planını həyata keçirtdi. Tale Bağırzadə ilə birgə MBH-nin idarə heyətini, üzvlərini həbs etdi.Məlum Nardaran olaylarından sonra hakimiyyətin hansı mahiyyəti daşıdığı bir daha aydınlaşdı. 7 aydlr aparılan məhkəmə proseslərində dəlillərlə hər şey açıq-aşkar ifşa olundu.İndi isə rejim daha bir rüsvayçılığa imza atmaqdadır. Kölə prokurorunun vasitəsiylə Tale Bağırzadəyə ömürlük həbs cəzasının verilməsinə təşəbbüs etməkdədir. Hər kəsə gün kimi aydındır ki,bu hakim dairələrdən gələn siyasi sifarişdıir.

Əslində Tale Bağırzadəyə ömürlük cəza verməsi ilə onun əqidəsi ilə düşmənçilik edir.Tale Bağırzadənin əqidəsi,tutduğu yol islam peyğəmbərinin əqidəsi və yoludur. Deməli, rejim birbaşa islam peyğəmbəri ilə düşmənçilik edir.Öz ağıllarıyca Tale Bağırzadəni və bizləri verdikləri cəzalarla qorxudurlar. Amma unutduqları şey var ki, ömürlük həbslə cəzalandırmaq istədikləri Tale Bağırzadə vaxtı ikən belə dua etmişdir. Bu dua heç bir zaman mənim yadımdan çıxmır. “Allahım,əgər hicab məsələsi bizim şəhadətimizlə, əbədi zindanımızla həll olacaqsa, biz bunlara razıyıq”. Xalqımızın səadət içində yaşamasından ötrü bütün çətinlikləri sevə-sevə qəbul etməyə hazırıq. Bu duanı öz haqqımızda qəbul edib həbsi və şəhadəti niyyət AMİN dedik. Bu gün bizləri cəzalandırmaq istəyənlər, əslində bizlərə dualarımızı yaşadırlar. Hər bir diktatorun sonu sonda öz məğlubiyyəti ilə nəticələnib.Xalqına divan tutan, insanlara işgəncə verən bu rejim sivil mübarizədə məğlub olaraq, MBH-ni qalib etdi.

Həzrəti Hüseyn bu gün dünyada yoxdursa, onun əqidəsi,yolu yaşayır və yaşayacaq. Bu gün bizləri həbs edib işgəncələrə məruz qoya bilərlər, öldürə bilərlər, lakin əqidəmizdən döndərə bilməzlər. Bu düşüncənin daşıyıcları bu gün dünyanın hər yerində var, o cümlədən Azərbaycanımızda da. Bu bizim qələbəmiz, hakimiyyətin isə məğlubiyyətidir.

Bütün inanclı insanlar istəyirəm bilsinlər! Zamanənin imamı Mehdinin zühuru yalnız zalımlarla mücadilələrdən, haqq uğrunda aparılan savaşlardan sonra baş verəcəkdir. Bu günün dəcalları ilə mübarizə bizi Ona qovuşdura bilər.Allah zalımın zülmünə qarşı çıxıb məzlumların yanında olan insanları salamlayır (Salam olsun doğru yolda olan hər bir kəsə Taha 47)

Tale Bağırzadə ilə fəxr edib qürur duyuruq. Cavan ömrünün çoxunu zindanlara həsr edən bu insanı Allahın xüsusi rəhmətinə daxil olması münasibətiylə təbrik edirəm.Ruhu azad olan insanın,cismani azadlığı da yaxındadır.Mübarizəmiz davam edir… Bilin, həqiqi azadlıq aşiqlərini həbs edib şəhid etmək siz zalmlara heç nə qazandırmayacaq!

Abbas Hüseyn
561 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
24.02.17, 22:39
DOĞRU OLMAQ GÜNAHMI?
24.02.17, 20:51
MASALLI ƏHLİNƏ MƏKTUB