Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Yanvar 2014

İslamçıların həbsi dalğasından 3 il ötdü

Azərbaycanda islamçıların həbsi dalğasının başlanmasından 3 il ötür. 2011-ci il yanvarın 7-də axşam İslam Partiyasının sədri Mövsüm Səmədov, sədr müavini Vaqif Abdullayev, Elçin Həsənov və Mirhüseyn Kazımov saxlandılar. Bundan sonra həbs dalğası davam etdi və AİP-in Astara təşkilatının sədri Rufulla Axundzadə, Masallı ruhanisi Fəramiz Abbasov, eləcə də Qubada M.Səmədovun qohumları tutuldular.

Daha sonra ruhani Zülfüqar Mikayılzadə, bir sıra ruhanilər, dini fəallar həbs olundular. Həbs olunan İslam Partiyası rəhbərlərinin bir çoxunun evindən və iş yerindən silah tapıldığı elan olundu. 2011-ci il oktyabrın 7-də Ağır Cinayətlər Dair İşlər üzrə Məhkəmənin hakimi Eldar İsmayılov Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədova 12 il, Səmədovun qaynı Firdovsi Məmmədrzayevə 10 il, əmisi oğlu Dəyanət Səmədova 10 il, partiyanın sədr müavini Vaqif Abdullayevə 11 il (2012-ci ilin yayında həbsxanada dünyasını dəyişib. K), Astara rayon təşkilatının sədri Rufulla Axundzadəyə 11 il 6 ay, Fəramiz Abbasova 11 il azadlıqdan məhrumetmə cəzası kəsdi. Zülfüqar Mikayılzadəyə isə 5 il sınaq müddəti olmaqla 5 il şərti cəza verildi.

Qeyd edək ki, bu həbsi bir sıra səbəblərlə izah olunur. Məsələ burasındadır ki, 2010-cu il noyabrın 23-də təhsil naziri Misir Mərdanov orta məktəblərdə hicaba qadağa qoyulduğunu elan etdi. Bu hadisə dindarlar arasında kəskin etirazla qarşılandı. Dekabrın 10-da Bakıda Təhsil Nazirliyinin binası qarşısında dindarların aksiyası keçirildi. Hicab qadağası ilə bağlı dini qurumlar, ruhanilər arasında görüşlər oldu. Eyni zamanda hökumətə, QMİ-yə müraciət olundu. Və bütün bunlar nəticəsiz qaldı.

2011-ci il yanvarın 2-də İslam Partiyası Baş Məclisinin toplantısında çıxış edən partiya sədri Mövsüm Səmədov ölkə rəhbərliyini kəskin tənqid elədi. Yerli mətbuata müsahibəsində Səmədov tənqidlərin üzərində dayandığını və hicab qadağası ləğv olunanadək geri çəkilməyəcəyini bildirdi. Yanvarın 7-də polis onu və yaxın tərəfdarlarını həbs elədi.

Həbsi dalğası 2012-ci ildə də davam etdi və 70 nəfərə yaxın dindar həbs olundu. Ancaq həm miqyasına, həm də əhatə dairəsinə görə ən böyük həbslər dalğası məhz 2011-ci ilin yanvarında başlayan, marta qədər davam edən həbslər oldu.

KƏNAN/musavat
1483 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:15
"Nardaran işi"lə