Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Yanvar 2014

Bəşər Əsədin naziri: "Cenevrəyə getməyin bir mənası yoxdur"

Bəşər Əsədin naziri:
Suriyada heç kim sülh müzakirələrindən sonra keçid hökumətinin qurulacağına ümid etməsin. Ans-in məlumatına görə, bu sözləri Suriyanın informasiya naziri Umran əl-Zubi Cenevrədə keçiriləcək sülh konfransı ilə bağlı çıxışında deyib. Nazir qeyd edib ki, hətta Cenevrədə sülh əldə olunsa belə, razılaşmanın şərtləri xalq tərəfindən referendumda təsdiqlənməlidir. Əks halda, razılaşmanın əhəmiyyəti olmayacaq:

«Suriyada terrorizmə qarşı bir bayraq altında mübarizə aparmaq üçün razılıq olmalıdır. Qalan məsələlər isə vacib əhəmiyyət kəsb etmir. Suriya hökumətinin Cenevrədə əl-Nüsrə Cəbhəsi ilə dialoq qurmaq niyyəti yoxdur. Əgər biz həmin terrorçularla danışıqlar aparacğıqsa, Cenevrəyə getməyin bir mənası yoxdur»

İranda səfərdə olan ölkənin xarici işlər naziri müavini Feysəl Miqdad isə, qeyd edib ki, İranın Cenevrə konfransında iştirakı çox vacibdir. Onun sözlərinə görə, rəsmi Tehran Suriyada sülhə nail olmaqda mühüm rol oynaya bilər.

Bu arada, Dəməşqin Babil bölgəsi bombaların hədəfi olub. Suriya hava qüvvələri yaşayış məntəqələrini bombalayıb. Nəticədə onlarla insanın öldüyü bildirilir.

Ölkədə müharibə şəraiti davam etdikcə humanitar böhran da dərinləşir. YUNİSEF-in Cenevrədə keçirilən iclasında təşkilatın mətbuat katibi Patrik Makkormik Suriyada uşaqlara humanitar yardım edilməsi üçün 1 milyard dollara ehtiyac olduğunu bildirib. Onun sözlərinə görə, hazırda Suriyada 1 milyon uşaq köçkün düşüb, onlarında 425 minin yaşı 5-dən azdır.
1316 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...