Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Yanvar 2014

Qubada xəvaricilərə qarşı gecə əməliyyatı

Dünən gecə Qubada radikal dini qruplaşmalara qarşı əməliyyat keçirilib. Publika.az –n yerli mənbələrdən əldə etdiyi məlumata görə, əməliyyat gecə saat 01:00 radələrində Qubanın Rustov və İkinci Nüqədi kəndlərində baş tutub. MTN-nin yerli polislə birgə keçirdiyi əməliyyat nəticəsində 4 nəfər həbs edilib. Həbs edilənlərdən birinin adı Vəfanur Məmmədov Qeybulla oğlu olduğu deyilir. O, Rustov kənd sakinidir. İkinci Nüqədi kəndindən isə Nizami adlı bir şəxsin həbs edildiyi deyilir. Adı məlum olmayan daha iki nəfər saxlanılıb. Onların xəvaricilər olduğu deyilir.

Hadisənin təfərrütlarına aid əldə etdiyimiz məlumata görə, qruplaşma Vəfanurun həbsdə olan atası Qeybullanın qaçış plnaını hazırlayıblar. Belə ki, Qeybulla Məmmədov da radikal dindarlardandır və xəvaricilərlə əlaqələrə malikdir. O əvvəl qanunsuz silah saxladığına görə həbs edilib, daha sonra buraxılıb. Növbəti dəfə isə dələduzluq üstündə həbs edilib. Hüquq-mühafizə orqanları hadisədən əvvəlcədən xəbər tutaraq bunun qarşısını alıb. Saxlanılanlardan partlayıcı maddələr, kustar üsulla hazırlanmış əl qumbaraları aşkarlanaraq götürüldüyü deyilir.
1323 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...