Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Yanvar 2014

Amerika donur: 20 ölü

-40, bəzən isə -50... Bu gün ABŞ-da rekord soyuqlar gözlənilir.
Minnesota, Şimali Dakota, Viskonsin, Ayova və İndiana ştatları isə Arktikadan gəlmiş siklonun ən ağır "zərbə" vurduğu məkanlardır.

Birləşmiş Ştatlar əhalisinin 2/3 hissəsi son onilliklər ərzində ən soyuq havalardan əziyyət çəkir. ABŞ-da donvurmadan 20, Kanadada isə 10 nəfər ölüb. Həkimlər əhaliyə xəbərdarlıq edərək anomal soyuqlarda mümkün qədər az küçəyə çıxmağı məsləhət görürlər.

Energetika şirkətləri əhalini heç olmasa səhər və axşam pik saatlarında elektroenerji sərfini bir qədər azaltmağa, bu minvalla ən gərgin anlarda qəzalara yol verməməyə çağırırlar.

Birləşmiş Ştatlarda təxminən 430 min evin işıqsız qaldığı vurğulanır. Dəmiryol, avtomobil və hava nəqliyyatı ciddi problemlərlə üzləşib, fasilələrlə işləyir.

ABŞ-da ən ağır situasiya Orta Qərbdədir. Bu bölgədə 4 minə yaxın aviareys təxirə salınıb. Qar tufanları və çovğunlardan sonra Kanadanın bir çox bölgələrində, ABŞ-ın şimal-şərqində qar örtüyünün qalınlığı 60 sm-a çatıb.

Missuri ştatındakı avtomobilin qartəmizləyən maşınla toqquşması nəticəsində 1 yaşlı uşaq həlak olub. Filadelfiya şəhərində yola səpilmək üçün nəzərdə tutulmuş duzun 30 metrlik buzlaşmış parçası fəhlənin üstünə düşərək onu öldürüb. İllinoys ştatında 4 nəfər kürəklə yolda qarı təmizləyərkən ürəktutmadan keçiniblər.

Nyu-York və Vaşinqtonda havanın temperaturu -20 dərəcəyə düşüb. Montana ştatındakı Komertaun şəhərində isə soyuqlar rekord vuraraq -53 dərəcəyə çatıb. "Küləklər şəhəri" adlandırılan Çikaqoda havalar -27 dərəcəyədək soyuyub. ABŞ-ın cənubundakı Memfis şəhərində isə havalar Alyaska ilə müqayisədə -20 dərəcə soyuq olub. ABŞ-ın ən böyük dəmiryol şirkəti olan Amtrak bəyan edib ki, bu gün bir çox istiqamətlərdə qatarlar böyük fasilələrlə hərəkət edəcəklər.

CNN bildirir ki, Çikaqo zooparkındakı Anana adlı ağ ayı da soyuqdan titrəyir. Metereoloqların dediklərinə görə, havaların belə kəskin soyumasının səbəbi "qütb burulğanı"dır. Belə olanda havanın soyuq, sıx kütlələri saat əqrəbinin əksinə hərəkət etməyə başlayaraq temperaturu sürətlə soyudur./Milli.Az
1296 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 15:41