Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Yanvar 2014

Dünya bu xəstəlikdən danışır: diri-diri çürüyür

İndoneziyanın Şərqi Yava adasında yaşayan 59 yaşlı Slamet nadir və çox ağır, əzab verən xəstəliyə mübtəladır. Onun bütün dərisi şişlərlə örtülüb.

Neyrofibromatoz xəstəsi olan Slametin mərəzinin səbəbi orqanizmdəki əsəb sistemində düyünlərin yaranmasıdır.

Slametin bəlası 1991-ci ildə, həkimlərin cərrahiyyə əməliyyatı yolu ilə onun belindəki şişi kəsib götürmələrindən sonra başlayıb.

İndi Slametin bədənində yüzlərlə şiş var. Həmin şişlər onun bir gözünü kor edib.

Slametin qardaşı Suvadinin dediyinə görə, gərəkli müalicə və ya cərrahiyyə əməliyyatlarına pulları yoxdur: "Kasıb insanlarıq, lütfən qardaşıma yardım edin!"

Həkimlərin dediklərinə görə, qorxunc görünüşə malik olsalar da, neyrofibromalar və ya şişlər yoluxucu deyil.

Slametin dediyinə görə, bədəni çox ağrıyır.

"Gecəm, gündüzüm ağrı, əzabdır. Burnumda da şişlər çıxmağa başladığından güclə nəfəs alıram. Sürəkli olaraq başım ağrıyır. Nə edəcəyimi bilmirəm. Canımdan bezmişəm", - Şərqi Yavanın Maqetan bölgəsindəki Nquntoronadi kəndinin sakini Slamet deyir.

Həkim Sayiliman Maqetanın dediyinə görə, Slamet işləyə bilmədiyindən dilənçiliklə dolanır.

Bölgədəki həkimlər Facebook-da qrup yaradaraq Salematın cərahiyyə əməliyyatları üçün pul toplamağa başlayıblar.

Xatırladaq ki, eyni xəstəliyə tutulmuş italyan Viniçio Riva ötən ilin noyabrında Roma Papası 1-ci Fransiski qucaqlamış, ondan xeyir-dua almışdı.
1614 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber