Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Oktyabr 2013

Yığmamız Şimali İrlandiyaya qalib gəldi

Futbol üzrə yığma komandamız Dünya çempionatı-2014-ün seçmə mərhələsi çərçivəsində ilk qələbəsini qazanıb. "Bakcell Arena"da Şimali İrlandiya kollektivini qəbul edən komandamız rəqibini 2:0 hesabı ilə məğlub edib.

İlk olaraq 2-ci hissənin əvvəllərində Rüfət Dadaşov fərqlənib. Bundan sonra inamla müdafiə olunan millimiz bir də əlavə olunmuş dəqiqələrdə fərqlənib. Mahir Şükürov cərimə zərbəsindən 2-ci qola imza atıb.

"Mançester Yunayted"in üzvü Coni Evans Rauf Əliyevə qarşı kobudluğa görə qırmızı vərəqə qazanıb. Milli komandamız bu qələbə sayəsində aktivində olan xalların sayını 8-ə çatdıraraq qrupda 4-cü pilləyə yüksəlib.

F qrupu

"DÇ-2014"ün seçmə mərhələsinin oyunları

21:00. Azərbaycan - Şimali İrlandiya - 2:0

Qollar: Rüfət Dadaşov. 58 (1:0), Mahir Şükürov, 90+4, (2:0)

Qırmızı vərəqə: Coni Evans, 90+3 (Şimali İrlandiya)

Hakimlər: Andrea De Marko, Rikardo Di Fiore, Alessandro Giallatini, Mauro Berqonzi (İtaliya). /anspress/
1730 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı