Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Yanvar 2014

“NZS”in 500-dən çox sakini aksiya keçirəcək

“NZS” kimi tanınan Xətai rayonu, Babək prospekti, İlham Məmmədov küçəsində yaşayan 168 ailə aksiya keçirəcək. Səbəb isə yaşadıqları mənzillərinin kütləvi şəkildə sökülməsi və onlara kompensasiyanın verilməməsidir.

İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin rəhbəri İradə Cavadova açıqlamasında bir ildən artıq vaxt keçməsinə baxmayaraq, məsələnin hələ də öz həllini tapmadığını deyib: “Sakinlər ədalətli kompensasiyanın ödənilməsi üçün məhkəməyə müraciət edib.

Kompensasiyanın verilməsi tələbi ilə bağlı məhkəmə tikinti-texniki ekspertizası təyin edib. Lakin ekspertizanın qərəzli aparılması müşahidə olunub. Yalnız səkkiz aydan sonra ekspertizanın rəyi bəlli olub. Ekspertiza rəyində qiymətlərin nəyə əsaslandığı göstərilməyib. Belə ki, ekspertiza rəyinə əsasən, mənzilin hər kvadratmetri üçün 150, əla təmirli mənzil üçün isə 300 manat məbləğində konpensasiyanın ödənilməsi müəyyən edilib”.

Hüquq müdafiəçisinin sözlərinə görə, ekspertiza rəyində mənzillərin sahəsi bilərəkdən az göstərilib: “Bundan başqa, mənzillərin yerləşdiyi torpaq sahəsinin ”Azərneftyağ" neft emalı zavodunun ərazisinə daxil olub-olmaması müəyyən edilməyib. Bir ildən artıqdır davam edən məhkəmə çəkişmələri, işin obyektiv və tam araşdırılmaması sakinlərin əsəblərini artıq tarıma çəkib. Nəticədə isə 500-dən çox vətəndaşın evsiz qalması ciddi sosial gərginliyə gətirib çıxarıb".

Sakinlər bir neçə dəfə Xətai Rayon İcra Hakimiyyətində olublar. Onlara problemləri ilə maraqlanacağı vədi verilsə də, heç bir kömək edilməyib.

“Dövlət Neft Şirkəti evlərin sənədlərini qanunsuz hesab edərək sakinləri məhkəməyə verdi. Bütün məhkəmə prosesləri bizim iştirakımız olmadan keçirib. Məhkəmə vaxtilə bələdiyyədən və ”JEK"dən aldığımız sənədi saxta elan etdi", - deyə sakinlər bildirirlər.

Xatırladaq ki, ölkə başçısı Ilham Əliyev 2011-ci il martın 9-da keçirdiyi müşavirədə Bakıda evlərin qeydiyyata alınması sahəsində yaranan problemi həll etməyi tapşırıb.

Həmin müşavirədən bir gün sonra ARDNŞ prezidenti Rövnəq Abdullayev evlərin sökülməyəcəyini deyib və əlavə olaraq bildirib ki, hökumətdə komissiya yaradılıb, bu məsələlərə baxılır: “Hansı qərar qəbul olunsa, biz onu yerinə yetirəcəyik. Hökumətin qərarını gözləyirik”.

Komissiya sərəncamda göstərilən torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələləri araşdırıb təklifləri üç ay ərzində prezidentə təqdim etməli olduğu halda, təkliflər hələ də təqdim edilməyib. Bundan istifadə edərək insanların evlərinin sökülməsi davam edib./azadlıq/
1465 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı