Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Yanvar 2014

Ərdoğanın qarşısında ayağa qalxmayan məhbus general danışdı

"Bu gün də olsa, yenə eyni hərəkəti edərəm". MHP-nin millət vəkili, “Ergenekon” məhkəməsində mühakimə olunaraq, 2010-cu ildə həbs olunan Xüsusi Təyinatlıların keçmiş komandiri general-leytenant Engin Alan Çanaqqaladakı tədbirdə Baş nazir R.T.Ərdoğan gələndə ayağa qalxmaması haqqında ilk dəfə maraqlı açıqlama verib.

“Axar.az”ın “Milliyət”ə istinadən verdiyi xəbərə görə, Engin Alan bu açıqlamanı verib: “Baş nazir tədbirə gələn kimi tədbir başladı. Mən də onu ən yaxında olanlarla birlikdə ayaq üstə qarşıladım. Hətta cənab Baş nazir əlimi sıxıb, “necəsiniz, paşam, yaxşısınız inşallah” deyə kefimi soruşdu. Baş nazir kürsüyə çıxdı. Nitqinin axırında da Türkiyə Silahlı Qüvvələri (TSQ) xaricində hər kəsə təşəkkür etdi. Hərbi tərbiyəmə görə, bunu qurumuma qarşı haqsızlıq olaraq gördüm. Və TSQ adına davranış sərgilədim, Baş nazir nitqini bitirib, yerinə gəldiyi vaxt ayağa qalxmadım. Bu gün olsa, yenə eyni hərəkəti edərəm”./musavat/
1483 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.03.17, 09:32
Kadırov Suriyaya gedir