Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Yanvar 2014

“Maskalar cırılır”

Aslan İsmayılov Müsavatın Milli Şuradan getməsi haqda: “...sevinmək lazımdır”

Müsavat Partiyasının Milli Şuradan çıxmasına qurumun üzvü olmayan ictimaiyyət nümayəndələri də münasibət bildirirlər. Onlardan biri, tanınmış hüquqşünas Aslan İsmayılov məsələyə özünün facebook səhifəsində belə reaksiya verib:
“Musavatla Milli Şura davasından üzülən dostlara, xüsusən gənclərə sözüm: bu hadisədən üzülmək yox, sevinmək lazımdır. Maskalar cırılır, müxalifətçiliyi biznesə çevirənlərin, bu günki durumda az qala hakimiyyət qədər suçu olan, minlərlə sadə vətəndaşların həyatını, ümidlərini puç eləyənlərin, insanların azadlığa, demokratiyaya olan məhəbbətini nifrətə çevirənlərin əsl sifətləri görünməyə başlayır. Əksinə sevinin, birləşin, yarısovet təfəkkürlülərə yox, özünüzə güvənərək özünüzə, Vətənimizə layiq cəmiyyət qurun! Dəqiq bilin, intriqabazlıqla, oyunbazlıqla, ikiüzlülüklə, yaxınlarına, silahdaşlarınıza xəyanətlə yox, ancaq ləyaqətlə, ətrafdakılara sayğı və məhəbbətlə, saflıqla, səmimiliklə, dürüstlüklə uğur qazanmaq olar.
P.S. 1995-ci il parlament seçkilərində xüsusi qəzet buraxılışının baş tezisi: "Bədbəxt millətin xoşbəxt övladı, yoxsul xalqın varlı oğlu olmaq mümkün deyil"./azadlıq/
1579 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP