Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Yanvar 2014

"Əsgərimiz intihar etməyib, öldürülüb"

Bu sözləri 27.06.2013-cü ildə həlak olmuş Dövlət Sərhəd Xidmətinin əsgəri Xəzər Səmədovun atası Ağa Səmədov "Axar.az"a yazdığı məktubunda qeyd edib.

O, redaksiyamıza göndərdiyi məktubda oğlunun intihar etmədiyini, qəsdən güllələnərək qətlə yetirildiyini bildirib. Əsgərin atası bunun oğlunun ölümündən düz 11 saat sonra istintaq tərəfindən tam sübuta yetirildiyini də yazıb:

"Artıq Cəlilabad Rayon Hərbi Məhkəməsində iş sona yetib. Oğlumun qəsdən öldürüldüyü istintaq tərəfindən tam sübuta yetirilib. Onu öldürən əsgər Saxanov Şamil Aydın oğludur. Burada zastava rəisinin də əli var. Amma onun işi bura qoşulmadı. Dedilər ki, guya hərbi prokurorluqda aparılacaq, amma heç bir xəbər yoxdur".

Ağa Səmədov oğlunun intihar etməsi ilə bağlı yalan xəbəri hərbi hissə komandirinin yaydığını bildirib. O, indiyə qədər oğlunun adının intihar edən əsgərlər sırasında olmasından şikayətçi olduğunu söyləyib.

Qeyd edək ki, "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin 08.12.2013-cü ildə yaydığı hesabatda Füzuli rayonundan hərbi xidmətə çağırılan Səmədov Xəzər Ağa oğlunun DSX-nın verdiyi məlumata əsaslanaraq intihar etdiyini bildirilmişdi. Məlumatda əsgərin silahla davranış qaydalarını pozması nəticəsində öldüyü söylənilmişdi.
1543 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı