Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Yanvar 2014

Bakıda kütləvi dava: həbs edilənlər var

Bakıda baş vermiş kütləvi qanlı davanın iştirakçıları tutulub.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Masallı rayon sakini Əfləddin Muradovdan 1 qramdan artıq həşiş götürülüb.
Araşdırma zamanı müəyyən edilib ki, o, Bakı şəhər sakini Mirzə Niftullayevlə birlikdə yanvarın 2-də Bakıxanov küçəsində Şabran rayon sakini Amid Ağalarova və Bakı şəhər sakini Elnur Cəfərov bıçaq xəsarəti yetirib.
A.Ağalarov, E.Cəfərov, Nail Hacıyev, Zaur, Qara və Namiq adlı şəxslər yanvarın 2-i saat 06:30 radələrində, Rəşid Behbudov küçəsində xuliqanlıq zəminində Bakı şəhər sakinləri Azad Sultanovu və həmin gün saat 07:15 radələrində, R.Behbudov küçəsində Səbuhi Mehrəliyevi döymüşlər.
Hadisədən sonra S.Mehrəliyev və A.Sultanov Naxçıvan şəhər sakini Emil Zeynalovun idarə etdiyi “Kia” markalı avtomobillə Şamxal, Zamiq adlı şəxslə birlikdə hadisə yerindən uzaqlaşarkən, saat 07:25 radələrində Bakıxanov küçəsində həmin şəxslər arasında təkrarən münaqişə baş verib, hadisə zamanı M.Niftullayev və Ə.Muradov A.Ağalarova və E.Cəfərova bıçaq xəsarətləri yetiriblər. Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Ağdaş rayon sakini Nail Hacıyev tutulmuş və ondan 2 qramdan artıq həşiş götürülüb.
Təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Amid Ağalarova, Elnur Cəfərova xəsarət yetirən Mirzə Niftullayev, Naxçıvan şəhər sakini Emil Zeynalov, Bakı şəhər sakini Zamiq Quliyev, Bərdə rayon sakini Şamxal Həsənov, İmişli rayon sakini Emin Qasımzadə tutulublar.
1507 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı