Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Yanvar 2014

İran XİN rəhbəri İngiltərənin parlament heyətini qəbul edib

İran xarici işlər naziri Muhəmməd Cavad Zərif Cek Stravın rəhbərlik etdiyi İngiltərə parlament heyətini qəbul edib. İngiltərə heyətinin başçısı Cek Strav və İngiltərə parlamentindəki İran və İngiltərə parlamentlərarası əlaqə qrupunun üzvləri ilə görüşündə Zərif, İran ilə Qərb arasında etimadsızlıq divarının olduğunu vurğulayıb: “Anlaşma əldə etmək üçün tərəflər arasında qarşılıqlı etimadın yardılması vacibdir”.

Məhəmməd Cavad Zərif İranın nüvə məsələsində anlaşmanın əldə edilmsinin daha asan olduğunu deyərək açıqlayıb: “İslam İnqilabının Böyük Rəhbərinin nüvə silahının haram olduğu barədə fətvası, həm dini baxımdan əhəmiyyətlidir və həm də strategiya baxımından önəm daşıyır. Belə ki, nüvə silahının İranın hərbi doktrinasında yeri yoxdur”.

İran xarici işlər naziri bu görüşdə parlamentlərarası heyətlərin iki ölkə əlaqələrində rolunu mühüm dəyərləndirərək ümidvarlıq edib ki, İngiltərə parlament heyətinin İran səfəri iki ölkənin mənafeyi əsasında əlaqələrin genişlənməsinə xidmət etsin./deyerler/
1354 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı