Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Yanvar 2014

Kanalizasiya suları hərəkətə mane olur

07 dekabr 2014-cü il tarixində gecə saatlarında Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsində kanalizasiya xətlərinin partlaması nəticəsində yolu su basıb. Kanalizasiya xətləri bərpa olunduqdan sonra su qismən çəkilsə də, kanalizasiya lükləri açıq, ərazi isə bərbad vəziyyətdədir. Yolun bəzi yerlərində asfalt örtüyünün çökməsi və kanalizasiya sularının buraya yığılması yoldan istifadə edən piyadaların və avtomobil sürücülərinin hərəkətinə mane olur.
Məsələyə aydınlıq gətirmək üçün Xətai Rayon Mənzil Kommunal İdarəsinə yollandıq. Lakin çox təəssüf olsun ki, məsələ ilə bağlı heç bir məlumat əldə edə bilmədik. Bu işlərlə onların heç bir əlaqələrinin olmadığını bildirdilər. Daha sonra Xətai Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlasaq da, zənglərimiz cavabsız qaldı.








1362 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 13:41