Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Yanvar 2014

8 nəfər ölüb, 19 nəfər isə yaralanıb

İraqda silahlıların törətdiyi bir neçə hücum nəticəsində 8 nəfər ölüb, 19 adam yaralanıb.

Apa-nın “RBK”-ya istinadən verdiyi məlumata görə, Şirkat şəhərində 2 polis əməkdaşı güllələnib, daha 2-i yaralanıb. Nineviya əyalətində terrorçu-kamikadze nəzarət-buraxılış məntəqəsində minalanmış avtomobili partladıb. Nəticədə 1 nəfər ölüb, 14 adam yaralanıb.

Bakuba şəhərində silahlıların patrula hücumu zamanı 1 polis əməkdaşı öldürülüb, 2 adam xəsarət alıb. Mənsuriyə vilayətində meyvə bağının atəşə tutulması nəticəsində 1 kəndli ölüb, digəri yaralanıb, Makdadiya şəhərində polis 2 güllələnmiş kişi meyiti aşkar edib.

BMT-ın məlumatına görə, 2013-cü ildə İraqda 8 868 adam həlak olub. Onlardan təhlükəsizlik xidmətlərinin mülki personalı daxil olmaqla 7 818-i dinc sakinlərdir. Bu son bir neçə il ərzində ən yüksək göstəricidir.
1481 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
24.01.17, 09:04
Londonda partlayış
23.01.17, 11:09
ABŞ BMT-ni tərk edir!
23.01.17, 09:32
Kişi söhbəti
22.01.17, 11:59
Azərbaycanda Azadlıq
21.01.17, 10:18
HAFIZ HACIYE