Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Yanvar 2014

Putinin SSRİ-i bərpa etməyə pulu çatmayacaq

Britaniyanın The Financial Times qəzetinin yazdığına görə, Kreml Avrasiya İttifaqı adı altında SSRİ-i bərpa etmək və soyuq müharibəyə başlamağa cəhd edir. Moskvanın yaratmaq istədiyi siyasi strukturlar ittifaqa üzv dövlətlərinin müstəqilliyini itirməsinə gətirib çıxaracaq.

Nəşrin yazdığına görə, Kreml Avrasiya İttifaqı layihəsini Avropa Birliyinə alternativ hesab etdiyindən Ukraynaya AB ilə Assosiasiya sazişini imzalamağa mane oldu. Bu planın təmin edilməsi Rusiyanın maliyyə gücü hesabına təmin edilə bilər.

Nəşrin hesablamasına görə, Belarus prezidenti Aleksand Lukaşenkonun dəstəyini Rusiyaya ildə 7-12 mlrd dollara başa gəlir. Ukrayna isə Avrointeqrasiyadan imtinaya görə 15 mlrd dollar və qazının qiymətinin ucuzlaşacağı vədini alıb. Ancaq Rusiya büdcəsi bu cür «rüşvətlərin» yalnız bir hissəsini təmin edə bilər. Ukrayna və Belarusda isə Rusiyadan asılılın geniş millətçi meylərinə ziddir. Üstləik rusiyalılar da öz rəhbərliyinin «imperiya komplekslərinə görə pul ödəməkdən» bezə bilər.

«Avrasiya layihəsi – postsovet arxipelaqının xəyallarıdır. Burada avtoritar liderlər hakimiyyətdə daha çox qalmaq üçün bir birindən istifadə edir. bu müəyyən müddət də davam edə bilər. Ancaq tezliklə Putinin imperiya ambisiyalarına son qoyulacaq», - deyə nəşr proqnozlaşdırır./azadlıq/
1536 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber